Fransa milli komandasının və “Bavariya”nın futbolçusu Frank Riberi yeni dünyaya gələn oğluna Seyfülislam adını qoyub. Olimpiya.az-ın məlumatına görə, Riberi körpəsini NATO-nun maneəsi olmasaydı, Liviya lideri Müəmmər Qəddafinin taxtına oturması gözlənilən oğlu Seyfülislamın şərəfinə belə adlandırıb.
Fransa prezidenti Nikolya Sarkozi Müəmmər və oğlu Seyfülislamın tutulması üçün NATO-nu ayağa qaldırarkən, Riberidən Qəddafi ailəsinə simvolik dəstək gəlib. 2006-cı ildə dinini dəyişdirib, müsəlmanlığı qəbul edərək, Bilal Yusif Məhəmməd adını alan fransız futbolçunun 5 və 3 yaşlarında, Hiziya və Şahinaz adlı iki qızı var.
http://www.olimpiya.az/

Комментариев нет:
Отправить комментарий