Loading

среда, 14 сентября 2011 г.

Kaka "Real"ın heyətindən kənarlaşdırıldı


Bu axşam Çempionlar Liqasında ilk görüşünə çıxacaq Madridin "Real" klubu daha bir futbolçunun xidmətindən məhrum olub.
Qol.Az-ın məlumatına görə, "Real"ın braziliyalı futbolçusu Kaka "Dinamo" (Zaqreb) klubu ilə görüş üçün Xorvatiyaya aparılmayıb.
Uzun zamandır zədədən əziyyət çəkən Kakanın hələ də formada olmadığı müəyyənləşib. Məhz buna görə də, Kaka "Real"ın heyətindən kənarda qalıb.
Kaka ilə yanaşı, "Real"ın türkiyəli futbolçuları Nuri Şahin və Həmid Altıntop da zədə səbəbindən hələlik komandalarına kömək edə bilmirlər.
Qeyd edək ki, zədəsini sağaldan "Real"ın almaniyalı futbolçusu Sami Xedira isə "Dinamo" ilə oyunun ilk 18-liyinə salınıb. 

qol.az

Комментариев нет:

Отправить комментарий