Loading

среда, 14 сентября 2011 г.

«Lokomotiv»in məşqçisi: «…çempionluğa oynayacağıq»

 dəstədə mübarizə başlayan və Biləcərini təmsil edən «Lokomotiv» klubunun sahibi barədə az əvvəl məlumat vermişdiq. Stadium.az xəbər verir ki, gənc iş adamı Kənan Məmmədovun prezident olduğu klubun məqsədi də məlumdur. Bu barədə isə komandanın məşqçisi Paşa Əliyev bizi məlumatlandırdı: "Bildiyiniz kimi 17 yaşlı futbolçular arasında keçirilən çempionatında "Bakı" çempion oldu. Həmin heyəti dağıtmamaq üçün qərara gəldik ki, birinci divizionda mübarizəyə qoşulaq. Klubu yaratmaqda da əsas məqsədimiz bu futbolçuların peşəkarlıq səviyyəsini daha da artırmaq, Premyer Liqada çıxış edəcək güclü komanda formalaşdırmaqdır. Heyətimiz "Bakı"nın gənc futbolçuları əsasında formalaşdırılıb. Rəhbərlik bizim qarşımızda nəticəyə oynamağı məqsəd qoymayıb. Əsas məqsədimiz güclü, təcrübəli futbolçular yetişdirməkdir. Hər oyunda gözəl oyun nümayiş etdirib, qalib gəlmək üçün meydana çıxacağıq. "Püşkatmada birinci pillə bizə nəsib oldu. İstərdim ki, çempionatın sonunda turnir cədvəlində də birinci olaq. Ancaq, bu, çətin olacaq. Çünki, rəqiblərimizin heyətində təcrübəli futbolçular var. İki-üç il birinci divizionda çıxış edib komandanı tam formalaşdırdıqdan, oyunçuların təcrübəsini artırdıqdan sonra çempionluğa oynayacağıq".
http://stadium.az/

Комментариев нет:

Отправить комментарий