Azərbaycan millisinin Belçika (1:1) və Qazaxıstanla (3:2) oyunlarda qazandığı 4 xala görə AFFA tərəfindən futbolçulara verilən mükafatın məbləğiylə bağlı müəyyən xəbərlər dolaşmaqdadır. Stadium.az xəbər verir ki, bu oyunlara görə futbolçulara rekord məbləğdə mükafat verilib. Məsələni tam dəqiqləşdirmək üçün, millinin bir neçə oyunçusu ilə əlaqə saxladıq. Bu xəbərdə adlarının açıqlanmasını doğru saymayan futbolçuların sözlərinə görə, hər iki oyunda meydana çıxan futbolçulara 60, meydana çıxmağa imkan tapmayan, amma milliyə dəvət alan oyunçulara isə AFFA rəhbərliyi tərəfindən 30 min manat mükafat verilib. Futbolçular onu da bildirdilər ki, bu mükafat bütün oyunçulara artıq çatdırılıb.
stadium.az

Комментариев нет:
Отправить комментарий