Loading

вторник, 27 сентября 2011 г.

Millinin oyununa qadınlar üçün pulsuz bilet

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də, saat 21:00-da, «Dalğa Arena»da (Mərdakan qəsəbəsində) keçiriləcək Azərbaycan – Avstriya oyunu ilə bağlı AFFA yeni layihə tətbiq edəcək. Azərbaycan – Avstriya oyununu izləmək istəyən qadınlar pulsuz bilet əldə edə biləcəklər. Bunun üçün «Dalğa Arena»nın qarşısında xüsusi kassa fəaliyyət göstərəcək. Həmin kassanın üzərində «Qadınlar üçün pulsuz bilet» sözləri yazılacaq. Oyunu izləmək istəyən bu qadınlar qarşılaşmanın başlanmasına 2 saat qalmış həmin kassaya yaxınlaşaraq pulsuz bilet ala bilərlər. Hər bir qadının özü ilə gətirəcəyi bir uşaq üçün də pulsuz bilet veriləcək.
 Bu məqsədlə  «Dalğa Arena»nın 10 B sektoru ayrılıb.

Комментариев нет:

Отправить комментарий