Loading

среда, 14 сентября 2011 г.

Quti "Xəzər Lənkəran"ın rəqibinə qarşı oynaya bilməyəcək


“Beşiktaş”ın ispaniyalı futbolçusu Quti Avroliqanın qrup mərhələsinin ilk turunda forma geyinə bilməyəcək. Olimpiya.az saytının məlumartına görə, ispaniyalı yarımmüdafiəçi sentyabrın 15-dəTəl-Əviv “Makkabi”si ilə görüşü zədə ucbatından buraxacaq.

Quti ötən həftəsonu Türkiyə Superliqasının birinci turunda “Əskişəhərspor”la səfər matçına da aparılmamışdı. Onun “Makkabi” ilə oyuna qədər bel nahiyəsindəki zədəni sağaldacağı gözlənilsə də, bu, baş verməyib.

Qeyd edək ki, “Makkabi” Avroliqanın ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ı üstələdiyindən (3:1; 0:0), azərbaycanlı futbol həvəskarlarına da yaxşı tanışdır.

Комментариев нет:

Отправить комментарий