Almaniyanın “Şalke” klubunun şərəfini qoruyan Raul Qonsales karyerasını başa vurduqdan sonra Madrid “Real”ına qayıdacaq. Olimpiya.az saytının məlumatına görə, bunu ulduz futbolçunun agenti Hines Karvaxal deyib. O bildirib ki, təcrübəli oyunçu “kral klubu”nda çalışacaq.
“Raul butslarını mıxdan asdıqdan sonra “Real”da işləyəcək” - deyə Karvaxal vurğulayıb.
Qeyd edək ki, 34 yaşlı Raul 16 il “Real”ın formasını geyinib.

Комментариев нет:
Отправить комментарий