Loading

вторник, 27 сентября 2011 г.

"Rəvan"ın qapıçısı yığmaya dəvət aldı

Estoniya yığmasının qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Stadium.az xəbər verir ki, baş məşqçi Tarmo Rütli  "Rəvan"ın qapıçısı Artur Kotenkoya dəvət göndərib. Qolkiper oktyabrın 7-də Bolqarıstan, 4 gün sonra isə Andrey Şevçenko, Andrey Voronin, Anatoli Timoşçuk kimi ulduzların yer aldığı Ukrayna yığması ilə sınaq matçlarında meydana çıxacaq.
Rütli Kotenko ilə yanaşı, uzun müddət "Neftçi" və "İnter"də çıxış etmiş, hazırda Rusiyanın "Rostov" klubunun şərəfini qoruyan Dmitri Kruqlova, "Neftçi"nin sabiq oyunçusu, hazırda "Qomel"in formasını geyinən Andrey Stepanova və hələ də müqavilə ilə "Xəzər Lənkəran"a məxsus olan Tixxon Şişova da dəvət göndərib.


http://www.stadium.az/

Комментариев нет:

Отправить комментарий